Messinin göz yaşlarının pərdəarxası: Argentina kapitanı ürəyini boşaltdı

Argentina millisinin lideri Lionel Messi dünya çempionatında Əlcəzairin qapısına ilk qolunu vurduqdan sonra meydanda göz yaşlarını saxlaya bilməməsinin səbəbini açıqlayıb.

Newsport.az xəbər verir ki, 38 yaşlı ulduz futbolçu həmin an keçirdiyi hissləri belə ifadə edib:

"Bəli, ilk qoldan sonra ağladım. Amma bunun futbolla heç bir əlaqəsi yox idi. Çətin günlər yaşadım, amma bütün nümayəndə heyətinə və komanda yoldaşlarıma həmişə yanımda olduqlarına, mənə bu qədər güc verdiklərinə görə minnətdaram".

Xatırladaq ki, dünya çempionatının ilk turunda Argentina Əlcəzairi 3:0 hesabı ilə məğlub edib və Messi bu qarşılaşmada het-trikə imza atıb. O, dünya çempionatlarında vurduğu qolların sayını 16-ya çatdıraraq Miroslav Klozenin rekordunu təkrarlayıb və hazırda turnir tarixinin ən məhsuldar oyunçusu ünvanını almaniyalı əfsanə ilə bölüşür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right