Fransa klubunun yarımmüdafiəçisi "Mançester Yunayted"in hədəfində

"Lans"ın yarımmüdafiəçi Mamadu Sanqare karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, "Mançester Yunayted" malili futbolçunu transfer etmək istəyir. Bu barədə "Foot Mercato" məlumat yayıb.

Fransa klubunun Sanqareni heyətdə saxlamaq ehtimalı çətin görünür. 23 yaşlı oyunçunun keçidinin təxminən 40 milyon avroya başa gələcəyi bildirilir.

Qeyd edək ki, "Lans" Mamadu Sanqareni mövsümün əvvəlində Vyana "Rapid"indən transfer edib. Mali millisinin üzvü 2025/26 mövsümündə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right