La Liqa klubu baş məşqçisi ilə müqavilə imzaladı

İspaniyanın "Xetafe" klubu baş məşqçi Xose Bordalasla müqaviləni uzadıb.

Newsport.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

62 yaşlı məşqçi ilə 2028-ci ilin 30 iyun tarixinə kimi sözləşmə imzalanıb.

Qeyd edək ki, "Xetafe" La Liqada 2025/2026 mövsümünü 51 xalla 7-ci pillədə başa vurub və UEFA Konfrans Liqasına vəsiqə qazanıb. Bordalas 2023-cü ilin aprel ayından Xetafe"ni çalışdırır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right