"Atalanta"nın müdafiəçisi Marko Palestra karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Newsport.az xəbər verir ki, "Mançester Siti" və "Nyukasl" italiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Tuttomercato" nəşri məlumat yayıb.
Palestra "Mançester Siti"yə keçməyə müsbət yanaşır. Klubu 21 yaşlı sağ cinah müdafiəçisi üçün 50 milyon avro tələb edir.
Qeyd edək ki, Marko Palestra ötən mövsüm icarə əsasında "Kalyari"də çıxış edib. İtaliya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində keçirdiyi 37 oyunda 1 qol vurub, 4 qol ötürməsi edib.