"Real"ın 150 milyonluq təklifi rədd edildi

"Atletiko" Xulian Alvaresin transferi ilə bağlı "Real"ın 150 milyon avroluq təklifindən imtina edib.

Newsport.az xəbər verir ki, bu barədə "Real"ın rəsmi saytı məlumat yayıb.

Klubun Direktorlar Şurasının iclasında Alvaresin hüquqlarının 150 milyon avroya alınması barədə qərar qəbul edilib. Ancaq "Atletiko" oyunçunun satmaq istəməyib və qarşı tərəfin təklifini rədd edib.

26 yaşlı Xulian Alvares Argentina millisinin heyətində 51 oyun keçirib, 14 qol vurub və 4 məhsuldar ötürmə edib. Hücumçu milli komanda ilə birlikdə 2022-ci il dünya çempionatını, Amerika kubokunu (2021, 2024) və Finalissimanı (2022) qazanıb.

Alvares başa çatan mövsüm "Atletiko"da 49 oyuna 20 qol vurub, 9 qol ötürməsi edib.

Xatırladaq ki, bir müddət əvvəl "Barselona" argentinalı hücumçu üçün "Atletiko"ya 100 milyon avroluq rəsmi təklif göndərsə də, Madrid klubu bundan imtina etmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right