Skaloni Messinin milli komandaya təsirindən danışdı

Argentina millisinin baş məşqçisi Lionel Skaloni, altıncı dəfə dünya çempionatına hazırlaşan hücumçu Lionel Messi haqqında danışıb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Messinin ətrafındakılara təsirini sözlə izah etmək çətindir. Bu barədə bir saat danışa bilərəm, amma başa düşmək üçün bunu öz gözlərinizlə görməlisiz. Paltardəyişmə otağına və ya idman zalına girəndə yaranan enerji müstəsna bir şeydir”.

Argentinalılar 17 iyunda, qrup mərhələsinin ilk oyununda Əlcəzair yığması ilə qarşılaşacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right