Fransa millisinin sabiq hücumçusu karyerasını başa vurdu

Fransalı hücumçusu Andre-Pyer Jinyak karyerasını başa vurub.

Newsport.az xəbər verir ki,  bu barədə oyunçu özü məlumat verib.

Jinyak 40 yaşında peşəkar futbolla vidalaşıb.

Qeyd edək ki, Andre-Pyer Jinyak "Loryan", "Pau", "Tuluza" və "Marsel"də oynadıqdan sonra "Tiqres"ə keçib. O, 11 il Meksika təmsilçisinin formasını geyinib. Təcrübəli futbolçu Fransa millisinin heyətində keçirdiyi 36 oyunda 7 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right