“Alleqri öz işindən utanmalıdır” Sabiq futbolçu

İtaliya millisinin sabiq hücumçusu Antonio Kassano, baş məşqçi Massimiliano Alleqrinin “Milan”dan istefaya göndərilməsi ilə bağlı sərt fikirlər səsləndirib. Klub rəhbərliyi komandanın A Seriyasının son turunda məğlub olaraq UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməməsindən sonra mütəxəssislə yollarını ayırıb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Kassano, Alleqrinin fəaliyyətini kəskin şəkildə tənqid edib:

“Alleqri öz işindən utanmalıdır. Mən onun yerində olsaydım, utanardım”.

“Milan” başa çatan mövsümdə A Seriyasını 5-ci pillədə tamamlayıb və növbəti mövsümdə Avropa Liqasında çıxış edəcək. Komanda sonuncu dəfə 2022-ci ildə, Stefano Piolinin rəhbərliyi altında İtaliya çempionu olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right