“Barselona”da ən sevilən oyunçu Pedridir”

“Barselona”nın yarımmüdafiəçisi Mark Kasado komandadakı ən sevimli oyunçunun adını açıqlayıb.

Newsport.az “Barca Universal”-a istinadən xəbər verir ki, ispaniyalı oyunçu, komanda daxilində ən çox bəyənilən futbolçunun Pedri olduğunu bildirib:

“Düşünürəm ki, “Barselona”da ən sevilən oyunçu Pedridir. Mən “Playstation”u tez-tez oynamıram, amma eşitmişəm ki, o, bu sahədə də ən yaxşıdır”.

23 yaşlı Pedri cari mövsümdə bütün turnirlərdə 42 oyuna çıxıb, 2 qol vurub və 11 məhsuldar ötürmə verib.

“Barselona” mayın 17-də La Liqanın 37-ci turu çərçivəsində “Betis”i qəbul edəcək. Hans-Diter Flikin yetirmələri artıq bu mövsüm çempionluğunu rəsmiləşdirib. Komanda həlledici qələbəni “Real” üzərində qazanaraq (2:0), titulu təmin edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right