PSJ rus futbolçu üçün hərəkətə keçəcək

PSJ yayda komandanı tərk edəcəyi gözlənilən Li Kanq Jinin yerinə potensial oyunçu axtarmağa başlayıb. 

Newsport.az “Footmercato”ya istinadən xəbər verir ki, Fransa nəhəngi ÇSKA(Moskva) klubunun yarımmüdafiəçisi Matvey Kislyakla maraqlanır.

PSJ-nin idman məsləhətçisi Luis Kamposun Kislyakı izlədiyi və kluba məsləhət gördüyü bildirilir. 

20 yaşlı rusiyalı futbolçunun ÇSKA ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. O, bu klubun yetirməsidir.
 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right