“Yuventus” portuqaliyalı futbolçu üçün israr edir

“Yuventus” “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silvanı razı salmaq üçün çalışır.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu bu mövsümün sonunda azad agent olacaq. Yarımmüdafiəçinin “Barselona”ya keçməyə ümid etdiyi bildirilir, lakin “Yuventus” hazırda onu transfer etmək üçün daha çox çalışır. Turin klubu oyunçuya yaxşı maaş və vaxtı 2028-ci ilə qədər olan müqavilə təklif edib, müqavilənin zamanını daha 12 ay uzatmaq imkanı da var.

Silva bu mövsüm “Mançester Siti”də 49 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right