Kubarsi “Atletiko” ilə matçı yada saldı: “Bundan dərs çıxarmaq lazımdır”

“Barselona”nın müdafiəçisi Pau Kubarsi UEFA Çempionlar Liqasından erkən ayrılıqla bağlı fikirlərini bölüşüb.

Kataloniya təmsilçisi turnirin 1/4 final mərhələsində “Atletiko”ya məğlub olub. İlk oyunda “Kamp Nou”da Madrid klubu 2:0 hesabı ilə qalib gəlib və hər iki qolu Kubarsinin qırmızı vərəqə aldığı epizoddan sonra vurub. Cavab matçında isə “Barselona” 2:1 hesabı ilə qalib gəlsə də, bu, yarımfinala yüksəlmək üçün kifayət etməyib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Kubarsi, həmin epizodu şərh edərkən hər şeyin saniyələr içində baş verdiyini bildirib:

“Hər şey saniyələr içində baş verdi. Mən topun boş zonaya getdiyini gördüm, amma Xulian Alvaresə (“Atletiko”nun hücumçusu) qarşı sərt müdaxilə etmək istəmirdim. O, ayağını bir az geri çəkdi və kontakt yarandı. Hakim belə qərar verdisə, bundan dərs çıxarmaq lazımdır”.

İspaniyalı müdafiəçi, komandanın turnirdən kənarda qalmasından məyus olduqlarını da deyib:

“Bəzi şeylər bizim nəzarətimizdən kənarda idi, amma bu təcrübə bizə kömək edəcək. Ümid edirəm ki, gələn il kuboku evə gətirəcəyik”.

“Atletiko” yarımfinalda “Arsenal”a ümumi hesabda məğlub olaraq (1:2), turnirdən kənarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right