"Mançester Siti" milli üzvü ilə müqavilə imzalayacaq

"Mançester Siti" Fil Fodenin 2027-ci ilin yayında başa çatan müqaviləsini uzatmağı planlaşdırır.

Newsport.az xəbər verir ki, klub artıq öz yetirməsi ilə danışıqlara başlayıb. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

İngiltərə millisinin üzvü ilə yaxın günlərdə 2030-cu ilin yayına kimi nəzərdə tutulan və daha 1 il artırmaq bəndi olan yeni sözləşmə imzalanacaq.

Qeyd edək ki, 25 yaşlı Fil Foden bu mövsüm "Mançester Siti"nin heyətində meydana çıxdığı 46 rəsmi matçda 10 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right