"Arsenal" "Real"a 80 milyon avro ödəməyə hazırdır

İcarə əsasında "Lion"da çıxış edən Endrik karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, bu barədə "TransferFeed" məlumat yayıb.

"Arsenal" müqavilə ilə "Real"a məxsus olan braziliyalı hücumçunu transfer etmək istəyir. London klubu 19 yaşlı forvard üçün La Liqa nəhənginə 80 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Lion" Endriki bu ilin yanvarında icarəyə götürüb. Braziliya millisinin üzvü Liqa 1 təmsilçisinin heyətində keçirdiyi 19 oyunda 8 qol vurub, 7 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right