Türkiyə Kubokunun final matçının keçiriləcəyi məkan açıqlandı

Futbol üzrə Türkiyə Kubokunun final görüşünün keçiriləcəyi məkan müəyyənləşib.

Newsport.az xəbər verir ki, turnirin həlledici oyunu Antalya Stadionunda baş tutacaq. Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qarşılaşma 22 may tarixində keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Qeyd edək ki, kubokun yarımfinal mərhələsində "Beşiktaş" "Konyaspor"la, "Trabzonspor" isə "Gənclərbirliyi" ilə üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right