"Liverpul"un müdafiəçisi "Real"a keçə bilər

"Liverpul"un müdafiəçisi İbrahima Konate gələcə karyerası ilə bağlı qərar verməyib.

Newsport.az "Footmercato"ya istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ona gələn təklifləri dəyərləndirmək istəyir.

Fransızın "Liverpul"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Konate “Soşo” və “Leyptsiq”də oynadıqdan sonra 2021-ci ildə “Liverpul”a keçib.

“Real”, “Əl-Hilal” və “Mançester Siti” İbrahima üçün hərəkətə keçib. Fransa yığmasının üzvü hansı kluba keçəcəyinə qarşıdakı ayda qərar verəcək.

Onun "Real"a keçmək variantına daha müsbət yanaşdığı iddia olunur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right