Kompani: "Bu cür nəticənin qeydə alınması normaldır"

"Bavariya" UEFA Çempionlar Liqası yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində Fransada PSJ-yə 4:5 hesabı ilə uduzub.

Newsport.az xəbər verir ki, Münhen təmsilçisinin baş məşqçisi Vensan Kompani qarşılaşmadan sonra açıqlama verib. Belçikalı mütəxəssis qollu oyun olacağını hiss etdiyini deyib:

"İki komandada hücum futbolu oynayırsa, bu cür nəticənin qeydə alınması normaldır. Belə oyun olacağını hiss etmişdim. Normalda yarımfinalda 5 qol buraxan komandanın işi bitər. Amma biz də  4 qol vurmuşuq. Cavab görüşü evimizdədir və qalib gəlmək məcburiyyətindəyik. Bunu öz meydanımızda tez-tez edirik. Qol vura bilirik. Bunu Münhendə də edə biləcəyimizi düşünüürəm".

Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü 6 may tarixində Almaniyada baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right