"Beşiktaş"ın sabiq hücumçusu 40 yaşında vəfat etdi

Nigeriyalı futbolçu Maykl Eneramo dünyasını dəyişib.

Newsport.az xəbər verir ki, bu barədə Nigeriya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Keçmiş hücumçu 40 yaşında vəfat edib. Onun infarkt keçirfiyi bildirilir.

Qeyd edək ki, Maykl Eneramo karyerası ərzində "Esperans", "Alcer", "Əl-Şəbab", "Sivasspor", "Beşiktaş", "Karabükspor", "Başakşehir", "Manisaspor", Əl-Ettifaq" kimi klublarda çıxış edib. Futbolçu Nigeriya millisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right