Dünyanən ən bahalı klubları ilk 20-liik

Sportico versiyasına görə “Real” 7,7 milyard dollar dəyəri ilə dünyanın ən bahalı klubudur.

Newsport.az xəbər verir ki, “Barselona” 2-ci, “Bavariya” 4-cü, “Tottenhem” 10-cu, “Milan” 14-cü, Messi’nin “İnter Mayami”si isə 16-cıdır.

Sportico tərəfindən hazırlanan reytinqdə “Real" dünyanın ən bahalı futbol klubu seçilib. Araşdırma müəllifləri klubların maliyyə hesabatlarını, fəaliyyət göstəricilərini, brend gücünü, bazarın ölçüsünü, liqaların iqtisadiyyatını nəzərə alıblar, həmçinin klubların maliyyəsi ilə bağlı şəxslərlə də görüşüblər.

Ən bahalı ilk 20 klub belə sıralanıb:

“Real" – 7,7 milyard dollar

“Barselona” – 6,65 milyard

“Mançester Yunayted” – 6,47 milyard

“Bavariya” – 5,78 milyard

“Liverpul” – 5,74 milyard

“Mançester Siti” – 5,7 milyard

“Arsenal” – 5,43 milyard

PSJ – 5 milyard

“Çelsi” – 4 milyard

“Tottenhem” – 3,5 milyard

“Atletiko” – 2,5 milyard

“Borussiya” Dortmund – 2,17 milyard

“Yuventus” – 1,84 milyard

“Milan” – 1,66 milyard

“İnter” – 1,62 milyard

“İnter Mayami” – 1,45 milyard

"Los-Anceles"  – 1,4 milyard

"LA Galaksi"– 1,17 milyard

“Atlanta Yunayted” – 1,14 milyard

“Nyu-York Siti” – 1,12 milyard





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right