16 yaşlı vinger üçün 40 milyon avroluq təklif

"Palmeyras"ın futbolçusu Eduardo Konseysau karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, bu barədə "UOL Esporte" məlumat yayıb.

"Mançester Yunayted" Braziliyalı vingeri transfer etmək istəyir. "Qırmızı şeytanlar" 16 yaşlı oyunçu üçün 40 milyon avroluq təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, Eduardo Konseysau "Palmeyras"ın U-20 komandasında çıxış edir. Onun Braziliya klubu ilə müqaviləsi 2029-cu ilin 31 dekabr tarixinə kimidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right