PSJ-də yarımfinal öncəsi ağır itki

PSJ-nin futbolçusu Vitinya zədələnib. 

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı yarımmüdafiəçi Liqa 1-in 30-cu turunda "Lion"la oyunda sıradan çıxıb. Oyunçuya sağ daban zədəsi diaqnozu qoyulub. Onun müalicəsinə yaxın günlərdə başlanacaq.

Vitinyanın zədəsi Paris təmsilçisi üçün ciddi problemə çevriləcək. Çünki komanda Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununu aprelin 28-də "Bavariya"ya qarşı keçirəcək. Vitinya cari mövsüm 45 oyuna çıxıb, 7 qol vurub və 10 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right