Alvaro Arbeloa Arda Güleri təriflədi

"Real"ın baş məşqçisi Alvaro Arbeloa futbolçusu Arda Güler haqda danışıb.

Newsport.az "Diario AS"a istinadən xəbər verir ki, mütəxəsiss Türkiyə millisinin üzvü barədə müsbət fikirlər səsləndirib: 

Arbeloa deyib: "Son 3 ay çox gərgin keçdi. Biz Arda ilə aramızda əla münasibət qurmuşuq. Mən bura gələndə Gülerin vacib matçlarda oynaya bilmədiyini dedilər. Amma onun "Bavariya" və "Mançester Siti" ilə keçirdiyi oyunlara baxın. Mən həmişə Ardanın istedadını, istəyini və komandaya bağlılığını görmüşəm".

Məşqçi həmçinin yarımmüdafiəçinin səhvlərindən dərs çıxarmaq və daim inkişaf etmək bacarığını da vurğulayıb: "Bu, onun ləyaqətidir. Arda etdiyi səhvlərdən necə dərs çıxaracağını bilir. O, əla mövsüm keçirir". 

Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsüm 49 matça çıxıb, 6 qol vurub və 13 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right