Lissabon “Benfika”sının müdafiəçisi Riçard Rios İngiltərə Premyer Liqasına transfer oluna bilər.
Newsport.az AS-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun xidmətində “Mançester Yunayted” maraqlıdır və “qırmızı şeytanlar” yayda onun transferini reallaşdırmağı planlaşdırır.
Kolumbiyalı oyunçu “Benfika”ya 2025-ci ildə, “Palmeyras”dan 27 milyon avroya transfer olunub. Onun klubla müqaviləsinin müddəti 2030-cu ilin 30 iyununa qədər nəzərdə tutulub.
O, bu mövsüm 41 oyunda meydana çıxıb, 5 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.