"Fənərbaxça" sabiq müdafiəçisini qaytarmaq istəyir

"Bavariya"nın müdafiəçisi Kim Min Ce Türkiyə Super Liqasında qayıda bilər.

Newsport.az xəbər verir ki, bu barədə jurnalist Sercan Hamzaoğlu məlumat yayıb.

İstanbul nəhəngi cənubi koreyalı futbolçunu yayda heyətinə qatmağa çalışacaq. Super Liqa təmsilçisi 29 yaşlı mərkəz müdafiəçisinin menecerini danışıqlar aparmaq üçün İstanbula dəvət edib.

Qeyd edək ki, Kim Min Ce bu mövsüm "Bavariya"nın heyətində keçirdiyi 31 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib. Təcrübəli futbolçu 2021/2022 mövsümündə "Fənərbaxça"nın formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right