Mbappe UEFA Çempionlar Liqasında Messinin uğurunu arxada qoyub

İspaniyanın "Real" klubunun futbolçusu Kilian Mbappe UEFA Çempionlar Liqasında Lionel Messinin uğurunu geridə qoyub.

Newsport.az xəbər verrir ki, hücumçu buna Almaniyada "Bavariya"ya 3:4 hesabı ilə uduzduqları 1/4 final mərhələsinin cavab oyununda fərqlənməklə nail olub.

Fransalı forvard cari mövsüm turnirdəki qollarının sayını 15-ə çatdırıb. Messi 2011/2012 mövsümündə 14 qolla yadda qalıb.

Turnirin rekordu Kriştianu Ronalduya məxsusdur. O, 2013/2014 mövsümündə "Real"ın heyətində 17 dəfə rəqib qapılarına yol tapıb.

Xatırladaq ki, İspaniyada "Bavariya"ya 1:2 hesabı ilə uduzan "Real" UEFA Çempionlar Liqası ilə vidalaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right