"İnter" Simoeneni gətirmək istəyir

"İnter" baş məşqçi postu üçün əsas namizəd kimi Dieqo Simeoneni görür.

Newsport.az "Foot Mercato"ya istinadən xəbər verir ki, hazırda "Atletiko"nu çalışdıran 55 yaşlı mütəxəssis Milan klubunun rəhbərliyinin prioritet seçimidir. “Neradzurri” yayda məşqçini dəyişməyə hazırdır, əgər Simeoneni razı sala bilsə.

Bununla yanaşı, klubda Simeonenin “Atletiko” ilə əməkdaşlığı davam etdirməyə razılaşdığı xəbərlərindən də xəbərdardırlar.

Qeyd edək ki, argentinalı mütəxəssis 1997–1999-cu illərdə Inter Milan forması geyinib.

Hazırda komandanı Kristian Çivu çalışdırır və “İnter” Serie A-da 32 turdan sonra 75 xalla liderdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right