Lokatelli qalır, ya gedir?

"Yuventus" kapitanı Manuel Lokatelli ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Newsport.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Tərəflər müqaviləni 2030-cu ilin ortalarına qədər uzadacaqlar. Lokatellinin Turin təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər hesablansa da, klub rəhbərliyi əvvəlcədən komanda lideri statusunu möhkəmləndirmək qərarına gəlib.

Cari mövsümdə Manuel A Seriyasında 30 oyun keçirib və 1 qol vurub və 2 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right