Özbəkistanlı şahmatçı şahmat tacı uğrunda yarışacaq

Özbəkistanlı şahmatçı Cavohir Sindarov “İddiaçılar Turniri”nin qalibi olub. Qrosmeyster sona 1 tur qalmış birinciliyini təmin edib.

Sondan əvvəlki turda o, niderlandlı Aniş Giri ilə heç-heçə edib. Ən yaxın izləyicisi ilə xalları yarı böldükdən sonra Cavohir rəqibləri üçün əlçatmaz olub.

Sonuncu tur formal xarakter daşıyacaq. Əlavə edək ki, turnirin qalibi olan Cavohir Sindarov dünya şahmat tacı uğrunda görüşdə hindistanlı Qukeş Dommaracu ilə qarşılaşacaq.

Qadınların turnirində vəsiqənin sahibi son turda müəyyənləşəcək. Orada qazaxıstanlı Bibisara Asaubayeva ilə hindistanlı Vayşelu Rameşbabu hərəyə 7,5 xalla liderdirlər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right