Türkiyə Super Liqasında 27-ci turdan təxirə salınan qarşılaşma baş tutub.
Newsport.az xəbər verir ki, səfərdə “Göztəpə” ilə qarşılaşan lider "Qalatasaray" 3:1 hesablı qələbə qazanmağı bacarıb.
Qeyd edək ki, bu nəticə ilə “Qalatasaray” 67 xalla vahid liderdir. 2-ci pillədəki "Fənərbaxça" isə 63 xal toplayıb. "Göztəpə" isə 46 xalla 5-ci sırada yer alıb.