"Bu mövsüm böyük oyunlarda yaxşı çıxış etdiyimizi göstərdik"

"Liverpul"un yarımmüdafiəçisi Florian Virts UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin PSJ ilə ilk oyunu öncəsi mətbuat konfransında iştirak edib.

Newsport.az xəbər verir ki, almaniyalı futbolçu qələbə qazanmağa çalışacaqlarını deyib:

"Bu mövsüm böyük oyunlarda, xüsusilə Çempionlar Liqasında yaxşı çıxış etdiyimizi göstərdik. Cavab görüşü öz meydanımızda keçiriləcək ki, bu da bəlkə bizim üçün üstünlükdür. Maksimum gücümüzü ortaya qoyub yaxşı nəticə qazanmağa çalışacağıq".

Qeyd edək ki, PSJ - "Liverpul" qarşılaşması bu gecə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Komandalar arasındakı cavab matçı ayın 14-də İngiltərədə baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right