Qvardiola "Mançester Siti"dən gedir?

Son vaxtlar "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolanın komandaan ayrılacağı ilə bağlı xəbərlər yayılıb.

Newsport.az xəbər verir ki, "The Telegraph" nəşrinin bugünkü məlumatında bu iddiaların əsassız olduğunu bildirilib.

Qvardiola mövsümün sonuna qədər "Mançester Siti"də qalıb-qalmayacağına qərar verməyəcək. Onun klubla 2027-ci ilin yayına qədər müqaviləsi var.

İddia olunurdu ki, "Siti" Qvardioladan müqaviləsinin müddətini uzatmağı planlaşdırıb-planlaşdırmadığını rəsmi olaraq soruşub, amma bu, belə deyil.  Klub 55 yaşlı mütəxəssisin vaxtında nə etmək istədiyini onlara bildirəcəyini gözləyir və ona təzyiq göstərmək istəmir. "Mançester Siti"nin məsələni zorla həll etməyə çalışmayacağı və Qvardiola ilə qarşılıqlı etimada əsaslanan çox güclü münasibətlərin olduğu qeyd edilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right