Pioli və Montella əsas namizədlərdir

Cennaro Qattuzonun gedişi ilə İtaliya yığmasının baş məşqçi postuna yeni namizədlər ortaya çıxıb. 48 yaşlı mütəxəssisin vidası rəsmiləşmədən ona xələf axtarışı başlayıb.

Newsport.az xəbər verir ki, uğursuz dönəmini keçirən “Skuadra Adzurra”ya rəhbərlik etmək üçün bir neçə namizədin adı hallanır. Onların siyahısına isə Stefano Pioli rəhbərlik edir. Ötən il qısa müddət işlədiyi “Fiorentina”dan ayrıldıqdan sonra işsiz olan 60 yaşlı mütəxəssis İtaliya yığmasının baş məşqçisi olmağa əsas namizəddir.

Digər namizəd Vinçentso Montelladır. Türkiyə yığmasını mundiala aparan mütəxəssis yarışdan sonra vətənə qayıda bilər. Antonio Konte (Napoli) və Massimiliano Alleqri (Milan) də Qattuzoya xələf olmağa namizəddir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right