"Selta"dan baş məşqçi ilə bağlı yeni qərar

"Selta" baş məşqçi Klaudio Jiraldesin müqaviləsinin uzadıldığını açıqlayıb.

Newsport.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 38 yaşlı ispaniyalı mütəxəssisin yeni müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub. Müqavilənin maliyyə şərtləri açıqlanmayıb.

Jiraldes 2024-cü ildə "Selta"ı çalışdırmağa başlayıb. Bundan əvvəl o, klub sistemində də çalışıb, gənclər komandası və "Selta B"də məşqçilik edib.

"Selta" La Liqada 29 turundan sonra 41 xalla turnir cədvəlində altıncı yerdə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right