Qravina Qattuzonun qalmasını istəyir

İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina Cennaro Qattuzonun qalmasını istəyir. O, milli komandanın baş məşqçisinin istefaya getməsinin əleyhinədir.

Newsport.az xəbər verir ki, Qravina bu barədə açıqlamasında bildirib: “Qattuzonun qalmasını və işini davam etdirməsini istəyirəm. Bu barədə onun özünə də dedim”.

İtaliya millisi dünən Bosniya və Herseqovinaya penaltilər seriyasında uduzaraq Dünya Çempionatına vəsiqəni əldən verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right