Ançelotti Modriçə: "Sənin braziliyalı baban yoxdur?"

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriçlə zarafatlaşıb.

Newsport.az xəbər verir ki, bu gecə Braziliya yığması Xorvatiya ilə yoldaşlıq matçı keçirib və 3:1 hesablı qələbə qazanıb.

Oyundan sonra Ançelotti 40 yaşlı futbolçu ilə söhbət edib. İtaliyalı mütəxəssis Modriçin 2026-cı il dünya kubokundan əvvəl mümkün vətəndaşlıq hüququ ilə bağlı Braziliya kökləri olub-olmadığını soruşub: 

Uzun illər xorvatiyalı yarımmüdafiəçi ilə "Real"da çalışmış Ançelotti Lukanı qucaqlayıb və gülərək deyib: "Sənin braziliyalı baban yoxdur?"





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right