"Barselona"nın futbolçusu 5 həftəlik sıradan çıxdı

Rafinya bir aydan çox müddətə sıradan çıxıb.

Newsport.az xəbər verir ki, "Barselona" vingeri Braziliya millisində olarkən budun arxa əzələsindən zədə alıb və klub artıq onun təxminən 5 həftə oynaya bilməyəcəyini açıqlayıb.

Bu səbəbdən o, "Atletiko"ya qarşı 3 oyunu (2-si Çempionlar Liqası, 1-i La Liqa), "Espanyol" ilə derbini, "Selta" və "Xetafe" ilə matçları buraxacaq.

Qeyd edək ki, braziliyalı futbolçunun mayın əvvəlində "Osasuna" ilə oyuna hazır ola biləcəyi ehtimal olunur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right