Mbappe: "Dünya çempionatını Neymarsız təsəvvür edə bilmirəm"

"Real" və Fransa millisinin hücumçusu Kilian Mbappe "Santos"un futbolçusu Neymarın Braziliya millisinə qayıdacağına ümid etdiyini bildirib.

Newsport.az "Globo"ya istinadən xəbər verir ki, 34 yaşlı futbolçu Fransa və Xorvatiya ilə yoldaşlıq oyunları üçün Braziliya millisinin yekun heyətinə daxil edilməyib. Mbappe onun yığma komandaya dəvət edilməməsi haqda bunları deyib:

"Neymar Neymardır. Dünya çempionatı qlobal ulduzlar üçündür və o, mütləq orada olacaq. Dünya çempionatını Neymarsız təsəvvür edə bilmirəm. Amma Ançelotti ilə mübahisə etməyəcəyəm".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right