“Barselona” yeni qapıçı transfer edəcək

“Barselona” mövsümün sonunda “Real Sosyedad”ın qapıçısı Aleks Remironu transfer etməyi düşünür.

Newsport.az “Diario Sport”-a istinadən xəbər verir ki, Kataloniya klubunun idman direktoru Deku 30 yaşlı oyunçuyla mümkün transfer məsələsi haqda görüşüb.

Remironun transfer məbləği 70 milyon avrodur. Onun “Real Sosyedad”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayında başa çatacaq. “Barselona” bu yay qapıçını Xuan Qarsiya ilə rəqabət aparmaq üçün münasib qiymətə əldə edə bilər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right