“Biz Bundesliqa ilə eyni səviyyədəyik” La Liqanın prezidenti

İspaniya çempionatının prezidenti Xavyer Tebas La Liqanı maliyyə baxımından digər top-liqalarla müqayisə edib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Bundesliqa (Almaniya çempionatı) ilə müqayisədə geridə qalmadıqlarını bildirib:

“Bu doğru deyil ki, Bundesliqa bizi qabaqlayır. Biz demək olar ki, eyni səviyyədəyik. Onlarda adambaşına gəlir daha yüksəkdir… Onlar stadionlara üç saat əvvəl gəlirlər. İspaniya liqası dünyada ikinci yerdədir, amma İtaliya, Fransa və İngiltərə evlərdə ödənişli televiziya sayı ilə bizi üstələyir.

Biz sayca ikinciyik, amma keyfiyyətcə birinciyik. “Santander” bankının (İspaniyanın ən böyük banklarından biri) hesabatına görə, La Liqa adambaşına gəlir baxımından ən yüksək gəliri əldə edir. Bu, elə bil ki, ABŞ ordusunu İspaniya ordusu ilə müqayisə etmək kimidir”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right