Vinisius “Real”a xəbərdarlıq edib Rodriyə görə

“Real”ın hücumçusu Vinisius Juniorun Madrid klubunun transfer hədəfi olan “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri ilə oynamaq istəmədiyi barədə şayiələr yayılıb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu, “Real”a yarımmüdafiəçiylə müqavilə imzalayacağı təqdirdə, komandadan ayrılacağı barədə xəbərdarlıq edib.

Rodri Vinisiusu 2024-cü ildə “qızıl top” mükafatı uğrunda mübarizədə üstələyib.

Vinisiusun “Real”la müqaviləsinin müddəti 2027-ci ilə qədərdir. Daha əvvəl oyunçunun maaş tələblərinə görə tərəflər müqavilənin müddətinin uzadılması barədə razılığa gələ bilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right