"Real"ın qapıçısı "İnter"in hədəfində

"Real"ın qapıçısı Andrey Lunin karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, "İnter" ukraynalı qolkiperi transfer etmək istəyir. Bu barədə "FC Inter News" məlumat yayıb.

Lunin "kral klubu"nda əsas qapıçı olmadığı üçün ayrılığa isti yanaşır. "İnter" 27 yaşlı "əlcək sahibi"ni yayda heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, "Real" Andrey Lunini 2018-ci ilin yayında "Zarya"dan transfer edib. Ukrayna millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində cəmi 3 oyunda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right