“Real”ın hücumçusu Rodriqo ağır zədəsi barədə danışıb. Diz bağları qopan, bu səbəbdən yayda dünya çempionatını buraxacaq braziliyalı məyusdur.
Newsport.az xəbər verir ki, “Xetafe” ilə La Liqanın son tur matçında sıradan çıxan oyunçu deyib: “Həmişə məhz bu zədədən qorxmuşam, ehtiyatlanmışam. Həyat mənimlə acımasız davrandı, qorxduğum başıma gəldi. Bunu haqq edib-etmədiyimi bilmirəm. Amma oldu”.
Xatırladaq ki, Rodriqonun yayda “Real”dan ayrılması gündəmdə idi. Amma ağır zədədən sonra müştəriləri yəqin ki, ondan üz çevirəcək.