Traoreyə əzələ yığmaq qadağan edilib

“Vest Hem”in baş məşqçisi Nuno Espirito Santu komandanın hücumçusu Adama Traore ilə bağlı maraqlı açıqlama verib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, Traoreyə əlavə əzələ kütləsi yığmağı qadağan etdiyini bildirib:

“Onun inanılmaz əzələləri var, bu, genetikanın nəticəsidir. Artıq bir müddətdir belədir və o, trenajor zalında ağır məşqlərdən uzaq durmalıdır. Mən ona ora getməməyi demişəm.

Düşünürəm ki, bunu başa düşməlidir. Onsuz da kifayət qədər əzələlidir. Zalda yalnız formasını qorumaq üçün çalışacaq, amma ağır yüklənmələr olmayacaq”.

Mütəxəssis əlavə edib ki, oynayıb-oynamamasından asılı olmayaraq hər futbolçu komanda üçün vacibdir:

“Hətta meydana çıxmayan oyunçular da matça hazırlıq baxımından həlledici əhəmiyyət daşıyır. Traore unikaldır. Dünya futbolunda onun qədər ustalığı, sürəti və birəbir vəziyyətlərdə bacarığı olan oyunçular çox deyil”.

İngiltərə Premyer Liqası çərçivəsində keçirilən və “Çelsi”nin 3:2 hesablı qələbəsi ilə başa çatan qarşılaşmanın 96-cı dəqiqəsində Adama Traore ilə Mark Kukurella arasında mübahisə yaranmışdı. Qısa müddətdə alovlanan hadisə hər iki komandanın bir neçə futbolçusunun iştirak etdiyi dava ilə nəticələnmişdi. Nəticədə, İngiltərə Futbol Assosiasiyası “Çelsi”ni 325 min funt sterlinq, “Vest Hem”i isə 300 min funt sterlinq məbləğində cərimələmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right