Lokatelliyə yeni müqavilə təklif olunacaq

“Yuventus” rəhbərliyi yarımmüdafiəçi Manuel Lokatellini komandada saxlamaq niyyətindədir.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu oyunçunun müqaviləsinin müddətini uzatmağa yaxındır. Yeni müqavilənin müddəti 30 iyun 2030-cu ilə qədər qüvvədə olacaq və onun maaşı ildə 4 milyon avroya qədər artacaq. “Yuventus” yarımmüdafiəçini bu mövsüm göstərdiyi oyuna görə mükafatlandırmaq istəyir.

Lokatelli 2023-cü ildə 36 milyon avroya “Sassuolo”dan “Yuventus”a keçib. Onun Turin klubu ilə hazırkı müqaviləsinin müddəti 30 iyun 2028-ci ilə qədər qüvvədədir. 28 yaşlı futbolçu bu mövsüm bütün yarışlarda 36 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right