Kapello: “Leao “Milan”ın hücum xətti üçün etalon ola bilməz”

İtaliyalı mütəxəssis Fabio Kapello “Milan”ın oyunçusu Rafael Leaonu mərkəz hücumçusu hesab etmir.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Milan”, “Real”, “Yuventus”, “Roma” kimi komandaların baş məşqçisi olmuş Kapello, portuqaliyalı futbolçu haqda bunu deyib:

“Mənim üçün o, sadəcə hücumçu deyil. Vurulan qolların sayını unudun, o, komandanın hücum xətti üçün etalon ola bilməz. Bunu indi əminliklə deyə bilərik”.

“Milan” 26 oyundan sonra A Seriyasının turnir cədvəlində 2-ci yerdədir və lider “İnter”dən 10 xal geri qalır.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right