PSJ ÇL matçına ciddi itki ilə çıxacaq

PSJ UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Monako" ilə cavab matçına ciddi itki ilə çıxacaq.

Newsport.az xəbər verir ki, Usman Dembele komandaya kömək edə bilməyəcək. Fransalı hücumçu ötən həftə baş tutan ilk oyunda (3:2) zədələnib.

Fabian Ruislə Senni Mayulu fərdi qaydada məşq edirlər. Onların oynayıb-oynamayacağı sabah məlum olacaq.

Qeyd edək ki, PSJ - "Monako" qarşılaşması fevralın 24-dən 25-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right