Kurtua Fransa klubunun səhmdarı oldu

“Real”ın qapıçısı Tibo Kurtua Fransanın ikinci dərəcəli liqasında oynayan “Le Man” klubunun səhmdarı olacaq. Bu barədə klubun rəsmi saytında məlumat yayılıb.

Komandanın mətbuat xidmətinin bildirdiyinə görə, Tibo Kurtua həm idman, həm də media sahəsində çox yüksək peşəkarlığa malikdir. Bu yay Fransa klubu “OutField” və “OakBerry” investisiya fondları ilə yeni maliyyə tərəfdaşlığını bəyan etmişdi. Bundan əvvəl tanınmış serbiyalı tennisçi Novak Cokoviç, keçmiş Formula 1 pilotları Felipe Massa və Kevin Maqnussen də layihəyə qoşulmuşdular.

Klubun məqsədi daha da güclənmək və Liqa 1-ə qayıtmaqdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right