Millimizin üzvü qol ötürməsi etdi, "Sivasspor"dan heç-heçə

Türkiyə I Liqasında XXVI turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasında oynamış Mert Melikin formasını geyindiyi "Sivasspor" səfərdə "Adana Demirspor"un qonağı olub. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Mert də bu görüşün iştirakçısı olub. Matça start heyətində başlayan 25 yaşlı mərkəz müdafiəçisi 89-cu dəqiqədə əvəzlənib. O, komandasının qolunun məhsuldar ötürməsini edib.

26 turdan sonra 32 xal toplayan "Sivasspor" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right