"Arsenal" italiyalı müdafiəçini satacaq

"Arsenal" müdafiəçi Rikkardo Kalafiori ilə yollarını ayırmağı planlaşdırır.

Newsport.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.

İtaliyalı futbolçu tez-tez zədələndiyi üçün klub yayda onu satacaq. London təmsilçisi 23 yaşlı sol cinah müdafiəçisi üçün gələn təklifləri dəyərləndirəcək.

Qeyd edək ki, "Arsenal" Rikkardo Kalafiorini 2024-cü ilin yayında "Bolonya"dan transfer edib. İtaliya millisinin üzvü bu mövsüm "topçular"ın heyətində keçirdiyi 24 oyunda 1 qol vurub, 3 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right