Del Pyero: “Kənan üçün məsləhətim yoxdur”

“Yuventus”un sabiq futbolçusu Alessandro Del Pyero komandanın hücumçusu Kənan Yıldız haqqında fikirlərini bölüşüb.

Newsport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, türkiyəli forvardın artıq kifayət qədər yetkin və ağıllı olduğunu vurğulayıb:

“Kənan üçün məsləhətim yoxdur, çünki o, artıq yetkin və ağıllı insandır. Daim inkişaf etmək istədiyini göstərir. O, “Yuventus”da karyerasını məqsədyönlü və insani keyfiyyətlərini qoruyaraq qurur. Ən yüksək zirvələrə çatmaq istəyirsənsə, bunlar fundamental xüsusiyyətlərdir”.

20 yaşlı futbolçunun adı tez-tez Avropanın müxtəlif klubları ilə hallanır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right